...

FHN Novruz bayramı ilə əlaqədar əhaliyə müraciət etdi (VİDEO)

Gündəm Materials 5 Mart 2019 10:30 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramında yanğın təhlükəsizliyi ilə əlaqədar əhaliyə müraciət edib
FHN Novruz bayramı ilə əlaqədar əhaliyə müraciət etdi (VİDEO)

Bakı. Samir ƏIi - Trend:

Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramında yanğın təhlükəsizliyi ilə əlaqədar əhaliyə müraciət edib.

FHN-dən Trend-ə verilən məlumata görə, müraciətdə deyilir: "Hər birimiz üçün əziz olan Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilmək vacibdir:

  • bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;
  • tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;
  • tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;
  • tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;
  • yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti