...

Sabahdan bu küçədə hərəkət məhdudlaşdırılacaq

Gündəm Materials 6 Mart 2019 19:08 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Biləcəri qəsəbəsi, Ordubadi küçəsində təmir-tikinti işlərinə başlanılır.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə martın 7-də səhər saatlarından etibarən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi küçəsində təmir-tikinti işlərinə start verilir. Bununla əlaqədar olaraq yolda hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına, həmçinin yol hərəkəti qaydalarına əməl etmələri və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etmələrinə üstünlük vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti