...

Fövqəladə hallar naziri yanğın baş verən əraziyə gəlib

Gündəm Materials 26 Mart 2019 10:17 (UTC +04:00)
Paytaxtın Nizami rayonu ərazisindəki "Diqlas" Ticarət Mərkəzində baş verimiş yanğın davam edir.
Fövqəladə hallar naziri yanğın baş verən əraziyə gəlib

Bakı. Samir Əli - Trend:

Paytaxtın Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində yanğın davam edir.

Trend-in məlumatına görə, hadisə yerinə fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov gəlib.

Hazırda yanğının söndürülməsi ilə bağlı tədbirlər davam etdirilir.

Xatırladaq ki, bu gün səhər saatlarında paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində "Diqlas" Ticarət Mərkəzində güclü yanğın baş verib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadaları və helikopterlər cəlb eilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti