...

Yataqxanada baş verən yanğında özünü binadan atan şəxsin kimliyi bilindi

Gündəm Materials 10 Aprel 2019 12:30 (UTC +04:00)
Bakının Babək prospektində məcburi köçkünlərin yataqxanasında baş verən yanğın zamanı özünü 5-ci mərtəbədən atan şəxsin kimliyi məlum olub.
Yataqxanada baş verən yanğında özünü binadan atan şəxsin kimliyi bilindi

Bakı. Samir Əli - Trend:

Bakının Babək prospektində məcburi köçkünlərin yataqxanasında baş verən yanğın zamanı özünü binadan atan şəxsin kimliyi məlum olub.

Trend-in məlumatına görə, özünü atan şəxs həmin binada məskunlaşan 1960-cıl il təvəllüdlü Məstanov Kazım Sevindil oğludur.

Həmin şəxs binanın 5-ci mərtəbəsində yanğının əhatəsində qaldığından qorxaraq özünü pəncərədən atıb. K.Məstanov 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Xəstənin vəziyyəti ağır qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti