Bakı. Samir Əli - Trend:
Hazırda müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildiriblər.
Qeyd edilir ki, məqsəd yağışlı hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.
Hərəkət iştirakçılarına hava şəraitini nəzərə almaq eləcə də ehtiyatlı olmaq tövsiyə edilir.