...

Sumqayıtda 4 ay əvvəl döyülən gənc fermada öldü

Gündəm Materials 26 Sentyabr 2019 21:59 (UTC +04:00)
Sumqayıtda 4 ay əvvəl döyülən gənc evində ölüb.
Sumqayıtda 4 ay əvvəl döyülən gənc fermada öldü

Bakı. Samir Əli - Trend:

Sumqayıtda 4 ay əvvəl döyülən gənc evində ölüb.

Trend-in məlumatına görə, hadisə Sumqayıt şəhəri "Tuqzavod" adlanan ərazidə baş verib.

Orada yaşayan Quliyev Natiq Əliyusif oğlu bu il may ayının 15-də qonşuluqda yerləşən fermadakı tikilidə yaşayan Bağırov Akif Səfər oğlunu xüsusi amansızlıqla döyüb.

A.Bağırov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Bir müddət müalicədən sonra evə buraxılan A.Bağırov yaşadığı fermadakı tikilidə dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlanıb və iş Sumqayıt şəhər Prokurorluğuna göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti