...

Bakı bulvarının əsas pirsi bağlandı - SƏBƏB?

Gündəm Materials 30 Sentyabr 2019 17:35 (UTC +04:00)
Bakı bulvarından Xəzərə doğru uzanan pirs bağlanıb.
Bakı bulvarının əsas pirsi bağlandı - SƏBƏB?

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakı bulvarından Xəzərə doğru uzanan pirs bağlanıb.

Trend-in məlumatına görə, Saat qülləsinin yanında yerləşən və Xəzərə doğru uzanan pirsə giriş bir neçə gündür ki, dayandırılıb. Adıçəkilən ərazinin girişi dəmir baryerlərlə bağlanıb.

Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı Trend-ə bildirib ki, ərazidə təmir-tikinti işlər aparılır:

"Orada hazırda təmir-tikinti işləri aparılır və bu səbəbdən pirsə giriş müvəqqəti qapadılıb. Yaxın günlərdə ərazi yenidən istifadəyə veriləcək".

G.Yelmarqızı qeyd edib ki, işlər bitdikdən sonra görülən tədbirlərlə bağlı ətraflı məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti