...

Lənkəran sakini evində ölümcül döyüldü

Gündəm Materials 8 Oktyabr 2019 21:57 (UTC +04:00)
Lənkəran şəhər sakini evində tanışı tərəfindən döyülüb.
Lənkəran sakini evində ölümcül döyüldü

Bakı. Samir Əli - Trend:

Lənkəran şəhər sakini evində tanışı tərəfindən döyülüb.

Trend-in məlumatına görə, bu barədə polisə Lənkəran şəhəri, Vəssab küçəsi, ev 23-də yaşayan Şükürova Məhəbbət Höccət qızı məlumat verib. M.Şükürova yaşadığı evdə qardaşı İlqar Şükürovun Ruslan adlı şəxs tərəfindən döyüldüyünü bildirib.

Məlumat əsasında polisin apardığı araşdırma nəticəsində müəyyən edilib ki, Səmədov Ruslan Vəliyyət oğlu Şükürov İlqar Höccət oğlunun yaşadığı evə gələrək onunla dava edib. Dava nəticəsində həmin şəxslər bir-birilərinə xəsarətlər yetiriblər.

Məhkəmə tibb ekspertizasının rəyi nəticəsində məlum olub ki, hadisə nəticəsində İ.Şükürovda həyat üçün təhlükəli olan, ağır xəsarətlər aşkarlanıb.

Faktla bağlı Lənkəran şəhər Polis Şöbəsində cinayət işi başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti