...

Gənc azərbaycanlı xanım ermənipərəst Pozneri çıxılmaz vəziyyətə saldı (VİDEO)

Gündəm Materials 27 Oktyabr 2019 18:37 (UTC +04:00)
Dağlıq Qarabağdan olan azərbaycanlı xanım Arzu Məmmədova ermənipərəst mövqeyi ilə tanınan rusiyalı jurnalist və teleaparıcı Vladimir Pozneri çıxılmaz vəziyyətə saldı
Gənc azərbaycanlı xanım ermənipərəst Pozneri çıxılmaz vəziyyətə saldı (VİDEO)

Bakı. Trend:

Dağlıq Qarabağdan olan azərbaycanlı xanım Arzu Məmmədova ermənipərəst mövqeyi ilə tanınan rusiyalı jurnalist və teleaparıcı Vladimir Pozneri çıxılmaz vəziyyətə saldı.

Trend-in məlumatına görə, V.Poznerin ABŞ-ın Kaliforniya ştatında çıxışı zamanı A.Məmmədova özünü təqdim edərək və Qarabağdan olduğunu qeyd edərək vurğulayıb ki, Azərbaycanda bir çox xalqlar, o cümlədən İsrail vətəndaşları sülh və əmin-amanlıq şəraitində yaşayır və onlara qarşı ayrıseçkilik yoxdur.

Gənc azərbaycanlı xanım qeyd edib ki, Vladimir Pozner kimi səviyyəli jurnalist qərəzsiz olmalıdır: "Dağlıq Qarabağ rəsmi olaraq Ermənistan tərəfindən işğal edilmiş ərazidir. İşğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsini tələb edən bir sıra BMT qətnamələri var. Dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan da Dağlıq Qarabağı müstəqil kimi tanımır".

A.Məmmədova vurğulayıb ki, azərbaycanlılar və ermənilər uzun illər Dağlıq Qarabağda birgə yaşayıblar və Bakıda hələ dəerməni kilsəsi var: "Siz Ermənistanı dəstəkləməklə qadın və uşaq qatillərini alqışlayırsınız və bununla da minlərlə azərbaycanlıya, məcburi köçkünlərə, o cümlədən mənə və ailəmə qarşı ayrıseçkilik edirsiniz. Söz azadlığı ilə nifrət dolu ifadələr arasındakı xətt haradan keçir?".

Vladimir Pozner söz tapmayaraq "Dağlıq Qarabağ rəsmi olaraq Ermənistanın ərazisi kimi tanınan ərazidir" dedi və A. Məmmədova onun sözünü kəsərək, Dağlıq Qarabağın rəsmi olaraq Azərbaycan Respublikasının ərazisi olduğunu bildirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti