...

Millət vəkili sosial şəbəkədə təsirli paylaşım edib

Siyasət Materials 9 Noyabr 2019 13:33 (UTC +04:00)
Millət vəkili Aydın Mirzəzadə sosial şəbəkədə təsirli paylaşım edib
Millət vəkili sosial şəbəkədə təsirli paylaşım edib

Bakı. Trend:

Millət vəkili Aydın Mirzəzadə sosial şəbəkədə təsirli paylaşım edib.

Trend-in məlumatına görə, paylaşımda deputat qeyd edib ki, Azərbaycan radiosunda Dövlət Bayrağı Günü münasibəti ilə verilişə dəvət edilib. Veriliş zamanı studiyaya təsirli şəkil və mətn göndərilib. Mətndə bu sözlər yazılıb:

"Bu ağlayan mənim şagirdimdir. Şəhid Rəşad Atakişiyevin qardaşı oğludur. Dünən dərsdə vətən, şəhidlər mövzusunda söhbətimiz əsnasında gördüm, ağlayır. Dedi, əmim yadıma düşdü, müəllim. Xətai rayonu, 191 nömrəli məktəb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti