...

Qəzada ölən məktəblilərin kimliyi məlum olub (FOTO)

Gündəm Materials 11 Dekabr 2019 10:20 (UTC +04:00)
Ötən axşam Bakıda baş verən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.
Qəzada ölən məktəblilərin kimliyi məlum olub (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ötən axşam Bakıda baş verən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.

Trend-in məlumatına görə, Binəqədi rayonunda baş verən qəzada ölən şəxslər 11-ci sinif şagirdləri Tural Cabbarlı və Dilarə Sultanlıdır. Hadisə baş verən vaxt şagirdlər ali məktəbə hazırlıq dərsindən evlərinə gedirmiş.

Xatırladaq ki, ötən axşam Binəqədi rayonunda köməkçi yoldan əsas yola çıxan yük avtomobili sola dönərkən iki piyadanın üzərindən keçib.

Hadisə nəticəsində hər iki şəxs aldıqları xəsarətlərdən dünyasını dəyişiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti