...

Azərbaycan və Türkiyə vətəndaşlarını Çindən gətirən təyyarə Türkiyəyə yola düşdü

Gündəm Materials 1 Fevral 2020 13:26 (UTC +04:00)
Çindəki Azərbaycan və Türkiyə vətəndaşlarını gətirən təyyarə Monqolustandan Türkiyəyə yola düşüb.
Azərbaycan və Türkiyə vətəndaşlarını Çindən gətirən təyyarə Türkiyəyə yola düşdü

Bakı. Trend:

Çindəki Azərbaycan və Türkiyə vətəndaşlarını gətirən təyyarə Monqolustandan Türkiyəyə yola düşüb.

Trend bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Bildirilir ki, yeni tip koronavirus səbəbindən Çinin Uhan şəhərindən Azərbaycan və Türkiyə vətəndaşlarının təxliyəsini həyata keçirən Türkiyə Silahlı Qüvvələrinə aid böyük karqo təyyarəsi yanacaq doldurduqdan sonra Monqolustanın paytaxtı Ulan-Batordan Türkiyəyə doğru yola düşüb.

Xatırladaq ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb. Çində yeni növ koronavirusdan ölənlərin sayı 260 nəfərə çatıb, 11,7 mindən artıq insan isə yoluxub.

Çindən əlavə, yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti