...

Bakıda əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılır (FOTO) (ƏLAVƏ OLUNUB)

Gündəm Materials 16 May 2020 09:11 (UTC +04:00)
Bakıda 300-ə yaxın əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə dezinfeksiya işləri aparılır.
Bakıda əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılır (FOTO) (ƏLAVƏ OLUNUB)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda 300-ə yaxın əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə dezinfeksiya işləri aparılır.

Paytaxtın kommunal strukturlarından Trend-ə daxil olan məlumata görə, genişmiqyaslı dezinfeksiya işlərinə ənənəvi olaraq Daxili İşlər Nazirliyinin şəxsi heyəti dəstək verir, Nazirliyin xüsusi təyinatlı avtonəqliyyat vasitələri dezinfeksiya tədbirlərində iştirak edirlər.

Məlumata görə, paytaxtda tibbi-profilaktik və dezinfeksiya işləri gündəlik olaraq gücləndirilmiş qaydada davam etdiriləcək.

Qeyd edək ki, gün ərzində paytaxtın kommunal xidmətlərinin 2 000 nəfərdən çox əməkdaşı tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında, yolkənarı məhəccərlərdə də tibbi-profilaktiki işlər görürlər.

Eyni zamanda Bakı şəhər və eləcə də paytaxt rayonları icra hakimiyyətlərinin əməkdaşları, rayonlarda yaradılan Operativ Qərargahların üzvləri, könüllülər paytaxtın bütün rayonlarında sakinlərin daha çox toplandığı küçə və prospektlərdə maarifləndirici reydlər keçirərək vətəndaşlara tibbi maskalar paylayıb, xəstəliyə yoluxmamaq üçün lazımi tədbirlərin görülməsi yolları izah edilir.

Bununla yanaşı, Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olan yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında da tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülür.

Dezinfeksiya işləri Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən paytaxtda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədi ilə şəhərin bütün rayonlarında tibbi-profilaktik tədbirlər çərçivəsində həyata keçirilir.

Kommunal təsərrüfat xidmətlərinin texnikası və əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə son bir ay ərzində artıq 3-cü dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti