...

"Tehran-43"ün əfsanəvi qəhrəmanı - Trend BİA-nın videolayihəsi

Gündəm Materials 18 May 2020 17:16 (UTC +04:00)
"Tehran-43"ün əfsanəvi qəhrəmanı - Trend BİA-nın videolayihəsi

Bakı. Trend:

Trend Beynəlxalq İnformasiya Agentliyi (BİA) əfsanəvi azərbaycanlı kəşfiyyatçı Məmmədhüseyn Əsədov, onun həyat yolu, peşəkarlığı və Böyük Vətən Müharibəsindəki qəhrəmanlıqlarından bəhs edən "Əfsanəvi qəhrəman" adlı videolayihə ərsəyə gətirib.

Qeyd edək ki, bir müddət əvvəl Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibətilə əfsanəvi azərbaycanlı kəşfiyyatçı Məmmədhüseyn Əsədov, onun həyat yolu, peşəkarlığı və Böyük Vətən Müharibəsindəki qəhrəmanlıqlarından bəhs edən "Azərbaycanlı kəşfiyyatçı və "Tehran-43" konfransı" kitabı Azərbaycan, rus dillərində işıq üzü görüb. Kitabın müəllifləri "Alyans" Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyinin sədr müavini Azər Qarayev və Milli Məclisin deputatı Arzu Nağıyevdir. Kitabda yer alan fakt və sübutların nəşr olunması ermənilərin Böyük Vətən Müharibəsi dövrünün hadisələrini saxtalaşdımaq niyyətlərini ifşa edib.

Videolayihə də kitabda dərc edilən arxiv sənədləri və tarixi faktlar əsasında hazırlanıb.

Layihədə 1943-cü ildə Stalin, Çörçill və Ruzveltin iştirakı ilə keçirilən Tehran konfansı ərəfəsində M.Əsədovun alman kəşfiyyatının SSRİ, ABŞ və Böyük Britaniya liderlərinə sui-qəsd hazırlaması ilə bağlı məlumatı əldə etməsi barədə müfəssəl məlumatlar yer alıb.

Məlumat üçün qeyd edək ki, bu əməliyyatın keçirilməsində müstəsna roluna görə Məmmədhüseyn Əsədov eyni zamanda iki ordenlə - "Lenin" və "Qırmızı Ulduz" ordenləri ilə təltif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti