...

TƏBİB binaların liftindən istifadə edən sakinlərə müraciət etdi

Gündəm Materials 9 İyun 2020 10:52 (UTC +04:00)
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) COVID-19 infeksiyasından qorunmaq üçün vətəndaşlara daha bir müraciət edib.
TƏBİB binaların liftindən istifadə edən sakinlərə müraciət etdi

Bakı. Samir Əli - Trend:

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) COVID-19 infeksiyasından qorunmaq üçün vətəndaşlara daha bir müraciət edib.

Trend-ə daxil olan müraciətdə bildirilir ki, virusdan qorunmaq üçün iş yerlərində, müxtəlif ofis binalarında və restoranlarda liftdən istifadə edərkən bəzi qaydalara əməl etmək vacibdir:

"Lift növbəsində və liftin içərisində fiziki məsafəni qoruyun, maska taxın. Əgər liftdə çox insan varsa, ora daxil olmayın, növbəti gedişi gözləyin. Həmçinin, lift daxilində üz-üzə durmamağa və söhbət etməməyə çalışın".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti