...

Səhiyyə Nazirliyi: Təcili yardım xidmətlərinin işinin daha səmərəli olacağını gözləyə bilərik

Gündəm Materials 30 İyun 2020 18:37 (UTC +04:00)
Səhiyyə Nazirliyi: Təcili yardım xidmətlərinin işinin daha səmərəli olacağını gözləyə bilərik

Bakı. İlhamə İsabalayeva - Trend:

Poliklinikalar yükün bir hissəsini öz üzərinə götürdükdən sonra təcili yardım xidmətlərinin işinin daha səmərəli olacağını gözləyə bilərik. COVİD-19-a yoluxmuş şəxslərin evdə müalicəsi və müşahidəsinin aparılması xəstəxanaların, tibb işçilərinin üzərinə düşən yükün azaldılması məqsədi daşıyır.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.

Onun sözlərinə görə, ev şəraitində müalicə işi poliklinikaların üzərinə qoyulub: “Təcili tibbi yardımın gec gəlməsi, testlərin gec bilinməsi ilə bağlı faktlar varsa da, poliklinikalar yükün bir hissəsini öz üzərinə götürdükdən sonra xəstəxanaların və təcili yardım xidmətlərinin işinin daha səmərəli olacağını gözləyə bilərik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti