...

Şahmar Mövsümov: Sıxlıq olarsa, xəttə əlavə avtobuslar buraxılacaq

Gündəm Materials 3 İyul 2020 18:15 (UTC +04:00)
Şahmar Mövsümov: Sıxlıq olarsa, xəttə əlavə avtobuslar buraxılacaq

Bakı. Asif Mehman - Trend:

Pandemiyadan əvvəl metro ilə gündəlik 600 min insan daşınırdı, hazırda isə metroda sərnişindaşıma 170 min ətrafındadır.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi birifnqdə Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, şəhərə heç bir vacib səbəb olmadan gələnlərin qarşısının alınacağı təqdirdə çətinlik olmayacaq: "Metro bağlandığına görə, ekspres marşrut xətləri də bərpa olundu, sıxlıq olarsa, xəttə əlavə avtobuslar buraxılacaq. Digər tərəfdən də mütəmadi monitorinq aparılacaq, avtobuslarda sərnişin sıxlığına nəzarət ediləcək. Bu məsələdə insanlar da həsas olmalıdır, sıxlıqdan yayınmaq üçün növbəti avtobusları gözləməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti