...

Qubada toy yarımçıq dayandırıldı, bəy və restoran sahibi saxlanıldı (FOTO)

Gündəm Materials 11 Avqust 2020 14:42 (UTC +04:00)

Bakı. Trend:

Qubada karantin rejiminin qaydalarını pozaraq toy mərasimi keçirmək istəyən şəxslər saxlanılıblar

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman rayonun Qəçrəş kəndi ərazisində yerləşən restoranların birində toy mərasimin keçirlidiyini aşkarlayıblar. RPŞ-nin əməkdaşları tərəfindən toy mərasimi dərhal dayandırılıb, restoranın sahibi Firdovsi Əliyev, bəy Alim Mirzəyev və 28 nəfər şəxs saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Şöbədə onlarla profilaktiki söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. F.Əliyev, A.Mirzəyev və məclisdə iştirak edən digər şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin,za sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokollar tərtib olunaraq 200 manat məbləğində cərimə ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti