Bakı. Ceyhun Ələkbərov - Trend:
Göyçay rayonunda binada baş verən çökmə aradan qaldırlıb.
Bu barədə Trend-ə Göyçay Rayon Mənzil İstismar İdarəsinin rəisi Ayaz Cəfərəliyev bildirib. Qeyd olunub ki, binada çökməyə səbəb onun köhnə tikili olmasıdır:
“Göyçay rayon Əli Kərim küçəsində olan bina ötən əsrin 1967-ci ilində tikilib. Ötən gün həmin binanın birinci mərtəbəsinə qalxan 6 pilləli pilləkən çöküb. Hadisə baş verdikdən dərhal sonra əraziyə baxış keçirilib və yaranan problem aradan qaldırılıb. Pilləkənlər artıq bərpa olunub”.
İdarə rəisi əlavə edib ki, hadisə zamanı həmin yerdə ər-arvad olub və yüngül xəsarətlər alıblar. Onlar xəstəxanada ilkin tibbi müayinədən sonra ambulator müalicəyə buraxılıblar.