...

Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən daha bir neçə nəfər də cərimələnib

Gündəm Materials 23 Avqust 2020 12:03 (UTC +04:00)
Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən daha bir neçə nəfər də cərimələnib

Bakı. Trend:

Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov, onun həyat yoldaşı, Azərbaycanın Ombudsmanı Səbinə Əliyeva da cəzalandırılıb.

Trend-in məlumatına görə, S.Novruzov və həyat yoldaşı Səbinə Əliyeva Daxili İşlər Nazirliyi tərəfindən 400 manat cərimə olunublar. Bundan başqa, Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəllinin xanımı Aysel Adıgözəlzadə də eyni məbləğdə cərimə olunub.

Faktı Trend-ə DİN-in Mətbuat Xidmətindən təsdiq ediblər.

Xəbər lenti

Xəbər lenti