Bakı. Samir Əli-Trend:
Abşeron rayonunda sabiq deputat İlham Əliyevin evində keçirilən toy mərasimində iştirak edən digər şəxslərdə cərimələnib.
Trend-in məlumatına görə mərasimdə iştirak edən daha 17 nəfər polis əməkdaşları tərəfindən saxlanılaraq İXM-in 211.1-ci maddəsi ilə cərimə ediliblər.
Faktı Daxili İşlər Nazirliyindən təsdiqləyiblər.