...

Goranboyda karantini pozan çayxana aşkarlanıb, sahibi və müştərilər cərimələnib

Gündəm Materials 28 Avqust 2020 10:53 (UTC +04:00)
Goranboyda karantini pozan çayxana aşkarlanıb, sahibi və müştərilər cərimələnib

Bakı. Trend:

Goranboyda karantin rejimini pozan çayxana aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Trend-ə verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.

Polis əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Xınalı kəndi ərazisində gizli şəkildə fəaliyyət göstərən çayxana aşkarlayıb. Obyekt sahibi- Məhəbbət Həsənov və müştərilər- Teymur Həsənov, Vaqif Verdiyev, Sadiq Verdiyev və Rizvan Əmirahov saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

Qeyd etmək lazımdır ki, Goranboy rayon Polis Şöbəsinin əməkdaşlarının mütəmadi olaraq keçirdikləri reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan 823 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə edilib, 11 nəfər barəsində rayon məhkəməsinin qərarı ilə inzibati həbs seçilib. Bundan başqa RPŞ əməkdaşlarının sayıq xidməti nəticəsində 1 toy, 2 nişan, 1 ad günü və 1 yas mərasimi başlamadan qarşısı alınmış, rayon ərazisində xüsusi karantin rejimi tətbiq olunmasına baxmayaraq xidmət göstərmək istəyən 18 iaşə obyekti aşkarlanaraq fəaliyyyəti dayandırılıb.

666 vətəndaş barəsində müvafiq qanunlara uyğun olaraq barələrində tədbir görülüb ki, onlardan 10 nəfər barəsində rayon məhkəməsinin qərarı ilə inzibati həbs seçilib. Bundan başqa görülən tədbirlər nəticəsində rayon ərazisində 1 nişan və 1 toy mərasiminin qarşı alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti