...

Bakıda daha bir "Mall" tikilir (FOTO)

Gündəm Materials 10 Sentyabr 2020 10:05 (UTC +04:00)
Bakıda daha bir "Mall" tikilir (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakıda daha bir iri ticarət mərkəzi inşa edilir.

Trend-in məlumatına görə, yeni mərkəz paytaxtın Yasamal rayonu ərazisində tikilir.

“Zefir Mall” adlandırılacaq iri obyektin ərazisi 11,6 hektardır. Obyekt alış-veriş və əyləncə mərkəzi kimi fəaliyyət göstərəcək. Bakı dairəvi avtomobil yolunun yaxınlığında, Yasamal yaşayış kompleksinin ərazisində yerləşən ticarət mərkəzinin binası 6500 kvadrat metr sahəyə malik olacaq, öz minimalist və modern xarici dizaynı ilə digərlərindən seçiləcək.

Ticarət mərkəzində kafe və restoranlar da fəaliyyət göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti