...

Ali Məhkəmədə yeni İşçi Qrup yaradıldı

Gündəm Materials 16 Sentyabr 2020 11:02 (UTC +04:00)
Ali Məhkəmədə yeni İşçi Qrup yaradıldı

Bakı. Samir Əli - Trend:

Azərbaycan Respublikası Ali Məhkəməsi fəaliyyətinin səmərəliliyinin artırılması, Ali Məhkəmədə informasiya texnologiyalarının daha geniş tətbiq edilməsi, bu sahədə strateji inkişafın təmin olunması, “Elektron Məhkəmə” İnformasiya Sisteminin tətbiqinin təkmilləşdirilməsi, vətəndaşların məhkəməyə müraciət imkanlarının genişləndirilməsi və məmnunluğunun yüksəldilməsi, şəffaflıq və operativliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin 2020-ci il 14 sentyabr tarixli əmri ilə Ali Məhkəmənin kollegiya sədrləri və struktur bölmə rəhbərlərindən ibarət işçi qrupu yaradılıb.

Bu barədə Trend-ə Ali Məhkəmədən məlumat verilib.

Məlumatda bildirilir ki, işçi qrupunun işinə rəhbərlik Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərova həvalə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti