Bakı. Trend:
Əfqanıstanda fəaliyyət göstərən Qızılbaş Həmrəylik Şurası öz facebook səhifəsində Azərbaycana dəstək bəyanatı yayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bəyanatda Dağlıq Qarabağın Azərbaycana məxsus olduğu və Azərbaycanın tarixi ərazilərinin Ermənistanın tərəfindən işğal edildiyi qeyd olunub. Bildirilib ki, BMT qətnamələrində də əks edildiyi kimi Ermənistan işğal etdiyi əraziləri dərhal tərk etməlidir.
Bəyanatda işğal edilmiş torpaqların azad edilməsi uğrunda aparılan haqlı mübarizədə Azərbaycan dövlətinə dəstək ifadə edilir.