Ermənistanın mülki Azərbaycan əhalisini raket atəşinə tutmasının nəticələri ilə bağlı faktaraşdırıcı missiya bəyanat yayıb

Ermənistanın mülki Azərbaycan əhalisini raket atəşinə tutmasının nəticələri ilə bağlı faktaraşdırıcı missiya bəyanat yayıb

Bakı. Trend:

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini raket atəşinə tutması nəticəsində baş vermiş çoxsaylı insan tələfatı və dağıntılarla bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının Prezidenti və Türkiyə Respublikasının Baş Ombudsmanı ilə birgə həyata keçirdiyi faktaraşdırıcı missiyanın nəticələrinə dair bəyanat verib.

Ombudsman Aparatından Trend-ə verilən məlumatına görə, bəyanatda deyilir:

"30 ildən artıq bir müddətdir ki, Ermənistanın həyata keçirdiyi hərbi təcavüz nəticəsində Dağlıq Qarabağ və ətraf rayonlar da daxil olmaqla Azərbaycan ərasizinin 20 faizi işğal edilmiş, azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti aparılmış, bir milyondan artıq insan öz doğma yerlərindən didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilmişdir. Beləliklə də onların beynəlxalq hüquqi aktlarda və dövlətdaxili qanunvericilikdə təsbit olunmuş fundamental insan hüquqları kütləvi şəkildə pozulmuşdur.

Sülh və insanlıq əleyhinə törətdiyi cinayətlərə görə Ermənistan Respublikasına qarşı bu günə qədər heç bir beynəlxalq hüquqi sanksiya tətbiq edilməməsi onun mülki əhaliyə qarşı yeni müharibə cinayətləri törətməyə davam etməsinə imkan vermişdir.

2020-ci il 27 sentyabr tarixində saat 06:00 radələrindən etibarən Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı yaşayış məntəqələrini və sosial obyektləri müxtəlif növ iri çaplı və qadağan olunmuş silahlardan intensiv şəkildə atəşə tutmağa başlamışdır.

Ermənistan silahlı qüvvələri 04.10.2020-ci il tarixdə səhər saatlarında, 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində və 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində cəbhə bölgəsindən uzaqda yerləşən, Azərbaycan Respublikasının qədim tarixə malik ikinci böyük şəhəri olan, əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini Ermənistan ərazisindən qadağan olunmuş ballistik raketlərdən istifadə etməklə atəşə tutmuşdur.

04.10.2020-ci il gecə saat 23 radələrindən başlayaraq döyüş əməliyyatlarının aparıldığı bölgədən 100 km-dən artıq uzaqlıqda olan və 100 mindən artıq əhalinin yaşadığı sənaye şəhəri Mingəçevirdə yerləşən və strateji baxımdan mühüm əhəmiyyət kəsb etməklə Cənubi Qafqaz regionunun ən böyük su anbarı və elektrik stansiyası da Ermənistan silahlı qüvvələri tərəfindən hədəf alınmış və ballistik raketlərdən istifadə edilməklə atəşə tutulmuşdur.

Ermənistanın son təcavüzkar aktları nəticəsində aralarında uşaqlar, qadınlar, əlilliyi olan şəxslər, ahıllar da olmaqla, 63 nəfər mülki şəxs həlak olmuş və 292 nəfər dinc sakin yaralanmışdır. Həlak olanlardan 8-i uşaq, 18-i qadın, yaralananlardan isə 32-i uşaq, 69-u qadındır. Çoxsaylı mülki infrastruktur obyektləri dağıdılmış, beləliklə də əhaliyə ağır maddi, mənəvi və fiziki ziyan vurulmuşdur.

Biz, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının idarə heyətinin üzvləri yuxarıda qeyd olunanları və 2020-ci il oktyabrın 22-də Gəncə şəhərinə səfər edərək Ermənistan silahlı qüvvələri tərəfindən qadağan edilmiş silahlardan istifadə olunmaqla mülki əhalinin atəşə tutulması nəticəsində baş vermiş insan təlafatı və dağıntılarla bağlı faktaraşdırıcı missiya zamanı toplanmış məlumatları əsas götürərək,

Azərbaycanın mülki əhalisinə qarşı müharibə cinayətləri və terror aktları törətməklə sülh və insanlıq əleyhinə yönəlmiş cinayətlərini davam etdirən Ermənistan Respublikası tərəfindən beynəlxalq hüququn norma və prinsipləri əsasında müdafiə olunan insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması faktını təsdiq edərək,

Ermənistan Respublikası tərəfindən etnik təmizləmə, soyqırımı, terrorçuluq və təcavüzkarlıq siyasətinin həyata keçirildiyinə, beynəlxalq və humanitar hüquq normalarının kobud şəkildə pozulduğuna görə hüquqi məsuliyyətin labüdlüyünü qeyd edərək,

BMT, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların əsas vəzifələri sırasında universal sülhün möhkəmləndirilməsi istiqamətində qətiyyətli tədbirlərin görülməsinin, sülhün pozulmasına gətirib çıxara bilən münaqişələrin dinc vasitələrlə ədalətli şəkildə və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq nizamlanmasının vacibliyini vurğulayaraq,

BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin dərhal və tam icra olunmaqla Ermənistanın hərbi təcavüzünün aradan qaldırılması, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpası və bununla da regionda davamlı sülhün və təhlükəsizliyin təmininin vacibliyini qeyd edərək,

Gəncə və digər yaşayış məntəqələrində mülki əhalini hədəf alan Ermənistanın hərbi təxribatlarının fundamental insan hüquq və azadlıqlarının təmininə ən böyük təhlükə olduğunu bildirərək,

Azərbaycan və region üçün strateji baxımdan mühüm əhəmiyyət kəsb edən, Cənubi Qafqazın ən böyük su anbarı və elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhərinin ballistik raket atəşinə tutulmasının ciddi ekoloji fəsadlar törədəcəyindən narahatlığımızı ifadə edərək,

İşğalçılıq siyasətini davam etdirən Ermənistan Respublikasını sülh və insanlıq əleyhinə cinayətlər törətməklə Azərbaycan Respublikasının mülki əhalisinin həyat və sağlamlığına, mülkiyyətinə qəsd edilməsinə, təkcə Azərbaycan deyil, region üçün də dərin ekoloji fəlakət riskinin yaranmasına, beləliklə də insanların fundamental hüquq və azadlıqlarının kütləvi şəkildə pozulmasına səbəb olan müharibə, terror və ekoloji cinayətlərə son qoymağa;

Beynəlxalq təşkilatları, dünya dövlətlərini, xarici ölkələrdə fəaliyyət göstərən Ombudsman təsisatlarını və digər milli insan hüquqları təsisatlarını ədalətli mövqe nümayiş etdirməklə susmamağa;

Dünya ictimaiyyətini sabitliyə, sülhyaratma proseslərinə dəstək verməyə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqların tezliklə, qeyd-şərtiz və dinc yolla azad edilməsi ilə bağlı qətiyyətli addımlar atmağa və işğalçı Ermənistanla bağlı beynəlxalq hüquqi məsuliyyət müəyyən edən təcili tədbirlərin görülməsini tələb etməyə çağırırıq".

İki rayonun böyük hissəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq
İki rayonun böyük hissəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq
AzMİU-da Milli Məclisin deputatı Ramin Məmmədovun tələbələrlə görüşü olub (FOTO)
AzMİU-da Milli Məclisin deputatı Ramin Məmmədovun tələbələrlə görüşü olub (FOTO)
14 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınıb
14 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınıb
Loading Bars
Xəbər lenti
İstanbulda fırtınada ölənlərin sayı 4-ə çatıb
İki rayonun böyük hissəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq
İƏT-in “Birlikdə gələcəyə” çağırışı yeni reallıqların diktə etdiyi strateji tərəfdaşlığın möhkəmlənməsinə imkan yaradacaq - Vüqar Rəhimzadə
AzMİU-da Milli Məclisin deputatı Ramin Məmmədovun tələbələrlə görüşü olub (FOTO)
Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı XİN-ləri arasında məsləhətləşmələr keçirilib
Mətbuat Şurası İldırım Dəmirlinin vəfatı ilə bağlı nekroloq yayıb
İƏT ilə Azərbaycan arasında konstruktiv əməkdaşlıq mühiti var - Tamam Cəfərova
14 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınıb
Ermənistan niyə reallıqlarla barışmağa məhkumdur? - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Qış Universiadası "omikron" ştammına görə ləğv olunub
Noyabrın 30-na USD/AZN rəsmi məzənnəsi
AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı bəlli olub
Azərbaycanda futbol klublarına dəstək fondu yaradılacaq
Gənclər və idman nazirinə yeni müavinlər təyin edilib
PAŞA Bankın endirimindən faydalanmaq üçün son 1 gün!
Bakıda gender əsaslı zorakılıqla mübarizəyə dair konfrans keçirilib
Prokurorluq Yasamalda intihar edən 18 yaşlı qızla bağlı açıqlama yaydı
Bakıda saxta spirtli içkilərin satıldığı müəssisə aşkarlanıb
Türkiyənin ölkəmizdəki səfiri ADNSU-da olub (FOTO)
Çoxmənzilli binalarda su təchizatı sistemləri yenidən qurulur (FOTO)
Rasim Quliyevin məhkəmə istintaqı başa çatdı
Tovuzda qanunsuz fəaliyyət göstərən kəsim məntəqələri aşkarlanıb (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 857 nəfər koronavirusa yoluxub, 26 nəfər ölüb
"Peşə təhsili haqqında” Qanuna edilən dəyişiklik təsdiqləndi
Pay torpaqlarına çıxarış verilməsi üçün rüsum tutulmayacaq
“Təhsil haqqında” qanuna edilən dəyişikliklər təsdiqlədi
Araz çayı boyunca dəmiryolu və avtomobil yolunun tikintisi məsələsi həllini tapıb - Ərdoğan
Türkiyə İsraillə münasibətlərin normallaşması üçün addımlar atmağa hazırdır - Ərdoğan
"Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənayeparklarının rezidenti olmaq üçün 10-dək layihə təqdim edilib
Crowd-1 dələduz maliyyə piramidası İfşa edildi, rəhbərləri Saxlanıldı (FOTO/VİDEO)
Rektor uğur qazanmış tələbələrlə görüşüb (FOTO)
AHİK sədri Səttar Möhbalıyev gürcüstanlı həmkarı İrakli Petriaşvili ilə görüşüb
Cəbrayılda təmir-tikinti işləri apararkən bir nəfər minaya düşüb
Eldəniz Səlimovun məhkəməsi keçirilib
"Patı" ilə tutulan Azərbaycan çempionuna hökm oxundu
Dünya şöhrətli rəssama Azərbaycan vətəndaşlığı verildi
İranda ötən sutkada 4,31 min nəfər koronavirusa yoluxub
Minaatan və artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib (VİDEO)
Bərdə-Ağdam avtomobil yolunun tikintisi davam etdirilir (FOTO)
Lənkəranda yaşayış yerini tərk edən aktiv COVID-19 xəstəsi aşkarlanıb
KOBİA yanında İctimai Şuranın iclası keçirilib (FOTO)
KOBİA sədrinin keçmiş müavini Ukraynada yüksək vəzifəyə təyin olunub
Nobel mükafatı laureatı Aziz Sancar Bakıya gəlib
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Qobustanda keçirilib (FOTO)
Fuad Muradov ABŞ-da Azərbaycan əsilli yəhudi yazıçı ilə görüşüb
Türkiyədə müalicə alan daha beş qazi sağalaraq Azərbaycana qayıdıb (FOTO)
BDU-nun 10-dan çox qrupu distant təhsilə keçib
Ağdam sənaye parkına ayrılmış ərazinin 74 hektarı minalardan təmizlənib
İsmayıllıda xəstəxananın şöbə müdiri və qohumu avtomobillə qəsdən vurulub (VİDEO)
Soçi Bəyanatı Azərbaycanın növbəti diplomatik qələbəsidir - Kamaləddin Qafarov
Bəzi yanacaqdoldurma məntəqələrində yanacağa qatqılar əlavə edilir - SOCAR
Medianın İnkişafı Agentliyi “Sərhədsiz Reportyorlar” təşkilatına etiraz məktubu göndərib
Bolqarıstan qaz tədarükü müddətinin uzadılması üçün Azərbaycana müraciət edib
Hava dəyişəcək: Güclü külək, yağış, qar gözlənilir
Xurma adı ilə qanunsuz dərman daşıyan avtomobil saxlanılıb
Azərbaycan Notariat Palatasının Elmi-Metodiki Şurasının iclası keçirilib (FOTO)
Azərbaycanın Yekaterinburqdakı baş konsulu geri çağırılıb - SƏRƏNCAM
MEDİA və ADA Universiteti gənc jurnalistlər üçün seminarlara başlayıb (FOTO)
Prezident İlham Əliyev: Rusiya Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması üçün çox mühüm rol oynayır
Rusiyada koronavirusa yoluxanların sayı 9,6 milyon nəfəri ötüb
Prezident İlham Əliyev Rusiyanın “Rossiya-1” telekanalına müsahibə verib (VİDEO)
Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq standartın tətbiqinə başlayıb
YAP sıralarına yeni üzv olan gənclərlə görüş keçirilib (VİDEO)
Azərbaycanda istehsal edilən yanacağın qonşu ölkələrə ixracı planlaşdırılır (Özəl)
Ali məktəblərə sınaq imtahanına qeydiyyat başlayıb
İlahiyyat İnstitutunun dekanı beynəlxalq konfransda iştirak edib (FOTO)
Sabah 20 dərəcəyədək isti olacaq
Azərbaycan Üzgüçülük Federasiyasının İcraiyyə Komitəsinin yığıncağı keçirilib (FOTO)
Hotellərdə qiymətlərin artması müşahidə olunur - Hotellər Assosiasiyası
Ermənistanın sabiq müdafiə nazirinin həbs müddəti uzadılıb
Bolqarıstan KİV-də Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü geniş işıqlandırılıb
"Omikron" ştammının qlobal yayılma ehtimalı çox yüksəkdir - ÜST
“Peyvənd sertifikatı”nın müddəti nə qədərdir, üçüncü doza vurulmasa, sənəd qüvvədən düşür?
Sahibkarlar üçün “KOB dostu” verilişi başlayır
BMT dünya turizm sektorunun itkilərini proqnozlaşdırıb
İlin sonunadək Neft Emalı Zavodunda modernizasiya işlərinin 90 faizi tamamlana bilər - SOCAR (FOTO)
Masazırda ev yanıb
Qəbələdə Uşaq Reabilitasiya Mərkəzinin tikintisi yekunlaşır
Gələn ay Türkmənistan qazının Azərbaycana tədarükünə başlanılacaq - İranın neft naziri
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Piyadanı vurub öldürən sürücü hadisə yerindən qaçıb
Bakıda əcnəbi vətəndaşı döyərək qarət edən mütəşəkkil dəstə saxlanılıb
Bakı Ali Neft Məktəbinin yaranmasının 10 ili tamam olub
Canni de Byazinin millidəki taleyinə nə vaxt aydınlıq gələcək? - AFFA -dan AÇIQLAMA
2023-cü ildə Azərbaycan Avro-5 standartlı benzin istehsalına başlayacaq
Kazanda Nizami Gəncəvinin 880 illiyi ilə bağlı tədbir keçirilib (FOTO)
Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 37 mina aşkarlanıb
Füzulidə minaya düşən hərbi qulluqçuların son vəziyyəti məlum olub
Mərkəzi Gömrük Hospitalının oftalmoloqu “Korluğun əsas səbəbləri” haqqında məlumat verib
Fermer təsərrüfatlarının fəaliyyətinə dair yeni dövlət standartı qəbul edilib
Avropa və Asiyada qadınlara qarşı zorakılıq hallarının artması müşahidə edilir - BMT rəsmisi
Azərbaycanda yeni "omikron" ştammı aşkarlanmayıb - RƏSMİ
Yaponiya xarici vətəndaşlara viza verilməsini dayandırır
Azərbaycanın qadın zorakılığına qarşı gördüyü işləri təqdirəlayiq hesab edirik - ABŞ səfiri (FOTO)
Soçi görüşü Ermənistanı 10 noyabr bəyanatından yayınmaq imkanlarından məhrum etdi - Deputat
Maliyyə piramidası fırıldağı necə işləyir? - AÇIQLAMA
Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi təsis edilib (FOTO)
Həftəsonu yol qəzalarında beş nəfər ölüb
Daha bir məktəbdə əyani tədris bərpa olundu
Bütün xəbərlər