...

Ermənistanda etirazlar başladı: Ermənilər hökumət binasının iclas zalını darmadağın ediblər (VİDEO)

Gündəm Materials 10 Noyabr 2020 04:12 (UTC +04:00)
Ermənistanda etirazlar başladı: Ermənilər hökumət binasının iclas zalını darmadağın ediblər (VİDEO)

Bakı. Trend:

Etirazçılar Ermənistanın hökumət binasına daxil olublar və iclas zalını darmadağın ediblər.

Trend-in erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, hadisə yerində videokadrlar "telegram"da yayılıb.

Bildirilir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağda müharibəyə son qoymaq üçün bəyanat imzalamaq qərarından narazı olan ermənilər otaqdakı əşyaları dağıdıblar. Qeyd edilir ki, onlar baş naziri axtarırlar və onu ölkəyə xəyanət etməkdə günahlandırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti