...

Cəbrayıl və Şuşa şəhəri elektrik enerjisi ilə təchiz edildi - Azərişıq

Gündəm Materials 16 Noyabr 2020 16:05 (UTC +04:00)
Cəbrayıl və Şuşa şəhəri elektrik enerjisi ilə təchiz edildi - Azərişıq

Bakı. Samir Əli - Trend:

“Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təchizatı istiqamətində işləri davam etdirir.

Cəbrayıl rayonundan sonra Şuşa şəhəri də elektrik enerjisi ilə təchiz edilib.

“Azərişıq”dan Trend-ə bildirilib ki, Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərimizin dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.

Yaxın günlərdə digər ərazilərimzdə də Azərbaycan işığı yanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti