...

Moskvada koronavirusdan ölənlərin sayı 9 mini ötüb

Gündəm Materials 2 Dekabr 2020 03:56 (UTC +04:00)
Moskvada koronavirusdan ölənlərin sayı 9 mini ötüb

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 75 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Son sutkada Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 75 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 9 053 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti