...

Əjdərbəy məscidində şəhidlərin xatirəsi anılıb

Gündəm Materials 4 Dekabr 2020 14:53 (UTC +04:00)
Əjdərbəy məscidində şəhidlərin xatirəsi anılıb

Bakı. Ceyhun Ələkbərov - Trend:

Əjdərbəy məscidində Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib.

Trend-in məlumatına görə, “Qurani-Kərim”dən ayələr oxunub, şəhidlərin ruhuna dualar edilib, namaz qılınıb.

Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi İlham Səlimov deyib ki, igid oğullarımızın doğma Vətən, ana torpaq uğrunda göz qırpmadan həyatını qurban vermələrini qürurverici hadisə kimi yaşamalıyıq:

"Belə qəhrəman oğullarla qürur duymaq, fəxr etmək lazımdır. Ağlamalı gün onda olardı ki, vətən üçün ölmək istəyən oğullar tapılmayaydı...

Şəhidlərin məqamı onsuz da ucadır. Tanrının rəhməti də həmişə onlarladır. Bizim borcumuz onların ruhunu hər zaman şad etməkdir. Allah bizi bu xoş aqibətdən heç vaxt məhrum etməsin!".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti