...

Laçın rayonunun lövhəsi hazırlanıb, sakinlərin siyahıya alınmasına başlanılıb

Gündəm Materials 8 Dekabr 2020 18:16 (UTC +04:00)

Bakı. Samir Əli -Trend:

Laçın rayon İcra Hakimiyyəti əhalinin siyahıya alınmasına başlayıb.

Bu barədə Trend-ə icra hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, icra hakimiyyəti hazırda Laçın rayon sakinlərinin hansı ərazidə və hansı şəraitdə məskunlaşdığını araşdırır:

"Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi ilə birlikdə Laçın sakinlərinin sayı və yaşayış yeri dəqiqləşdirilir. Müəyyənləşdiririk ki, hazırda hər kənddə neçə ailə var və harada yaşayır".

İcra Hakimiyyətindən qeyd ediblər ki, artıq Laçın şəhərinin girişi üçün xüsusi lövhə də hazırlanıb: "Yaxın günlərdə lövhə Laçın şəhərinin girişində, Laçın dəhlizində yerləşdiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti