...

Paytaxtın Mikayıl Useynov küçəsindəki avtobus zolağında işlər yekunlaşdı

Gündəm Materials 17 Dekabr 2020 17:09 (UTC +04:00)
Paytaxtın Mikayıl Useynov küçəsindəki avtobus zolağında işlər yekunlaşdı

Bakı. Samir Əli - Trend:

Bakıda yeni çəkilən avtobus zolağında işlər yekunlaşıb.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, paytaxtın Mikayıl Useynov prospektində xüsusi hərəkət zolağının təşkili ilə bağlı işlər yekunlaşıb. Artıq zolağın tələbinə uyğun ərazidə yol nişanları və onun qüvvədə olmasını bildirən əlavə məlumat lövhələri qoyulub: "Bunu nəzərə alaraq sürücülərdən xahiş edirik ki, məlumat lövhəsində göstərilən müddətdə yəni səhər saat 07:00-dan axşam saat 20:00-dək yol nişanın tələbinə əməl etsinlər. Zolağın tələbinə əməl edib avtobusların sərbəst hərəkətinə imkan yaradacağınıza ümid edir və buna görə əvvəlcədən təşəkkürümüzü bildiririk".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti