Bakı. İlhamə İsabalayeva – Trend:
Azərbaycanda mobil operatorların yaşayış məntəqələrində quraşdırdığı antenlərlə bağlı ”Qaynar xətt”ə 17 şikayət daxil olub.
Trend-in məlumatına görə, bunu ETSN yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saatı” verilişində çıxış edərkən deyib.
Onun sözlərinə görə, hər bir şikayətin yerində araşdırılması məqsədilə ölçü işləri aparılıb: “17 şikayətin 16-da şüalanma norma daxilində müəyyən edilib. Bu qurğuların müəyyən texniki parametrləri olur. Bu antenlərdən təkcə Bakıda istifadə edilmir. Bu gün belə antenlərdən bütün dünyada istifadə edilir. Onların texniki pasportunda əhatə dairəsi qeyd edilir”.
Mütəxəssis bildirib ki, texniki pasportda qeyd olunan göstəricilərdə antenlərin mənfi təsiri 2 metr məsafə dairəsində olmur.