...

Məşhur fotoqraf Bülbülün dağıdılmış ev-muzeyini nümayiş etdirib (FOTO)

Gündəm Materials 9 Yanvar 2021 12:03 (UTC +04:00)
Məşhur fotoqraf Bülbülün dağıdılmış ev-muzeyini nümayiş etdirib (FOTO)

Bakı. Orxan Nəbiyev - Trend:

İran əsilli məşhur fransalı fotoqraf Rza Diqqəti öz "İnstagram" səhifəsində Azərbaycanla bağlı növbəti paylaşım edib.

Trend-in məlumatına görə, fotoqraf Şuşa şəhərində görkəmli Azərbaycan opera müğənnisi Bülbülün dağıdılmış ev-muzeyini ziyarət edib.

O, öz paylaşımında bu ev-muzey barədə 1992-ci ildə Şuşa ermənilər tərəfindən işğal olunandan sonra heç bir məlumatın olmadığını qeyd edib.

Fotoqraf Bülbülün ev muzeyinə girəndə şoka düşdüyünü vurğulayıb. O bildirib ki, muzeyin içərisində hər şey qarət olunub, Bülbülün heykəlinin isə gözləri çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti