...

Yaponiyada qar səkkiz nəfərin həyatına son qoydu

Gündəm Materials 11 Yanvar 2021 07:46 (UTC +04:00)
Yaponiyada qar səkkiz nəfərin həyatına son qoydu

Bakı. Trend:

Yaponiya dənizinin sahillərini bürüyən qar yağması səbəbindən ölkədə ən azı 8 nəfər ölüb, 277 nəfər xəsarət alıb.

Trend xəbər verir ki, bu barədə yerli "NHK" telekanalı məlumat verib.

Məlumata əsasən, hadisələrin əksəriyyəti donmuş byz örtüyünün damlardan və ağaclardan tökülməsi, həmçinin qar təmizlənməsi zamanı baş verənlərlə əlaqədardır.

Ötən gün ərzində yerli hakimiyyət orqanlarının və ölkənin Müdafiə Qüvvələrinin qar təmizləməsində iştirak edən dəstələri sayəsində qar yağmaları nəticəsində 1000-dən çox tıxaclardada qalan avtomobilləri çıxarmağa müvəffəq olublar.

Bildirilir ki, daha əvvəl qar yağması səbəbindən yerli aviaşirkətlər 500-dən çox planlı uçuşu təxirə salıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti