...

Bir sıra erməni rəsmilərinin bəyanatları müəyyən gərginlik yaradır - Lavrov

Gündəm Materials 18 Yanvar 2021 16:08 (UTC +04:00)
Bir sıra erməni rəsmilərinin bəyanatları müəyyən gərginlik yaradır - Lavrov

Bakı. Orxan Nəbiyev - Trend:

44 günlük müharibədən əvvəl bir sıra erməni rəsmi şəxsləri "yeni müharibə, yeni ərazilər" kimi emosional açıqlamalar verirdi.

Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunları ilə bağlı mətbuat konfransında deyib.

O bildirib ki, bu fikirlərdən qaçmaq lazım idi: "Bəzi erməni rəsmi şəxslərinin bəyanatları yəqin ki, müəyyən gərginlik yaradır".

Qeyd edək ki, müharibədən əvvəl Ermənistanın o vaxtkı müdafiə naziri David Tonoyan "yeni ərazilər üçün yeni müharibə" fikrini səsləndirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti