...

Ermənistanın güc strukturları çevriliş cəhdi ilə bağlı bəyanat yaydı

Gündəm Materials 25 Fevral 2021 16:09 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Ermənistan Polisi, Milli Təhlükəsizlik Xidməti və Baş Prokurorluğu ölkə vətəndaşlarını təxribatlara uymamağa, sabitliyi qorumağa çağırıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə həmin qurumların birgə bəyanatında deyilir.

Qeyd olunub ki, hüquq-mühafizə orqanları qanunazidd hərəkətlərə adekvat reaksiya verəcək.

Bəyanatda vurğulanır ki, hazırda Ermənistanın dövlət orqanları öz funksiyalarını tam şəkildə yerinə yetirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti