...

Uşaqların xaricə aparılması üçün icazələr asanlaşdırılıb

Gündəm Materials 16 Mart 2021 12:16 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Azərbaycanda yetkinlik yaşına çatmayan şəxslərin xaricə getməsi üçün valideynlər mobil notariat vasitəsilə icazə verə bilər.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən onlayn brifinqdə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin əməkdaşı Zaur Həsənov deyib.

O bildirib ki, artıq istənilən valideyn yetkinlik yaşına çatmayanların xaricə getməsinə elektron icazə verə bilərlər: "Bu proses mobil notariat tətbiqində istifadəyə verilib. Vətəndaş günün istənilən vaxtında mobil tətbiq vasitəsilə olduğu yerdən azyaşlıların ölkədən getməsinə razılıq əldə etmək üçün ərizəni rəsmiləşdirə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti