Bakı. Trend:
2021-ci il 12 mart tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Samir Poladov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.
ANAMA-dan Trend-ə verilən məlumata görə, Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov Samir Poladovu kollektivə təqdim edib.