Bakı. Orxan Nəbiyev - Trend:
Ermənistan-İran sərhədində Mehri nəzarət-buraxılış məntəqəsi bağlanıb.
Trend-in məlumatına görə, bu barədə erməni KİV-ləri yazır.
Bununla əlaqədar gömrük məntəqəsində çoxlu sayda yük maşını toplanıb.
Qeyd olunur ki, nəzarət-buraxılış məntəqəsi Ermənistan dövlət gəlirləri komitəsi sədrinin müavini Şuşanik Nersisyanın göstərişi ilə bağlanıb
Gömrük məntəqəsinin bağlanmasının səbəbi məlum deyil.