...

"Respublikanski"nin baş həkimi vəzifəsindən çıxarıldı

Gündəm Materials 28 Aprel 2021 15:00 (UTC +04:00)
"Respublikanski"nin baş həkimi vəzifəsindən çıxarıldı

Bakı. Asif Mehman -Trend:

Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov vəzifəsindən çıxarılıb.

Trend xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı müvafiq əmr imzalayıb.

Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi vəzifəsinə Yevlax Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov təyin olunub.

Telman İbadov isə həmin xəstəxananın direktor müavini vəzifəsinə təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti