...

"Show me Azerbaijan" layihəsi çərçivəsində xarici blogerlərin azad olunmuş torpaqlarda səfəri davam edib (FOTO)

Gündəm Materials 1 İyun 2021 17:01 (UTC +04:00)
"Show me Azerbaijan" layihəsi çərçivəsində xarici blogerlərin azad olunmuş torpaqlarda səfəri davam edib (FOTO)

Bakı. Trend:

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzinin dəstəyi ilə həyata keçirilən "Show me Azerbaijan" layihəsi çərçivəsində Azərbaycana səfər edən xarici blogerlərin işğaldan azad olunmuş torpaqlara səfəri davam edib. Belə ki, Ağdama səfər edəndən sonra xarici blogerlər Cəbrayıl rayonunda yerləşən tarixi qədim Xudafərin körpüsündə olublar və körpünün tarixi və əhəmiyyəti ilə bağlı paylaşımlar ediblər. Dünən isə Füzuli şəhərinə və rayonun Qarğabazar kəndinə səfər edən bloqerlər işğal zamanı dağıntılara və təhqirlərə məruz qalan 17 – ci əsrə aid tarixi karvansaray və dini məkanlarla tanış olublar.

Mərkəzdən Trend-ə bildirilib ki, bloqerlərin səfəri Qəbələ, İsmayıllı və Şamaxı daxil olmaqla daha iki gün davam edəcək.

Səfərdə Şimali Amerika və Avrasiya da daxil olmaqla, 8 ölkədən ümumilikdə, 12 bloger iştirak edir.

Layihənin təşkil edilməsində məqsəd azad edilmiş ərazilərdə mövcud olan vəziyyəti, Ermənistan tərəfindən törədilmiş kütləvi dağıntılar və insanlığa qarşı cinayətləri, eləcə də Azərbaycan mədəniyyətini və ölkəmizdə mövcud olan unikal multikulturalizm mühitini və ənənələrini beynəlxalq ictimaiyyətə nümayiş etdirməkdir.

Səfər çərçivəsində dəvət edilən blogerlərin sosial mediadakı izləyicilərinin sayı 10 milyon nəfərdən artıqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti