...

Media subyektləri yardımdan təyinatı üzrə istifadə etməsə, dəstək dayandırılacaq - İcraçı direktor

Gündəm Materials 2 İyul 2021 17:28 (UTC +04:00)
Media subyektləri yardımdan təyinatı üzrə istifadə etməsə, dəstək dayandırılacaq - İcraçı direktor

Bakı. Çingiz Səfərli -Trend:

Qəzet redaksiyaları ilə yanaşı, qəzetlərin saytlarına da maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulub.

Ayrılan maliyyə dəstəyinə isə nəzarət olacaq. Məqsədimiz media subyektlərinin iqtisadi müstəqilliyinə də nail olmaqdır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Medianın İnkişaf Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov deyib.

Onun sözlərinə görə, aparılacaq monitorinqlər zamanı yardımın təyinatı üzrə istifadə olunmadığı müəyyən edilsə, o zaman maliyyə yardımı dayandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti