...

200 nəfərlik toy təşkil edən restoran sahibi 4 min manat cərimələndi (FOTO/VİDEO)

Gündəm Materials 15 İyul 2021 12:04 (UTC +04:00)
200 nəfərlik toy təşkil edən restoran sahibi 4 min manat cərimələndi (FOTO/VİDEO)

Bakı. Trend:

Balakən Rayon Polis Şöbəsi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidməti əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində şəhər ərazisində yerləşən “Balakən” şadlıq sarayında pandemiya tələblərinin pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, şadlıq evinə keçirilən baxış zamanı obyekt sahibi tərəfindən 107 nəfərin “icazə.e-gov.az” portalında rəsmi qeydiyyatdan keçirilməsinə baxmayaraq, məclisdə 200 nəfərə yaxın qonağın iştirak etdiyi müəyyən olunub. Aşkarlanan pozuntularla bağlı həmin sarayın sahibi Elbrus Abdullayev inzibati məsuliyyətə cəlb edilib və o, 4 min manat məbləğində cərimələnib.

Pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydalara əməl olunmasının təmin edilməsi məqsədilə bu istiqamətdə tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti