...

Hərbi liseylərə qəbul imtahanının nəticələri elan edilib

Gündəm Materials 9 Avqust 2021 14:16 (UTC +04:00)
Hərbi liseylərə qəbul imtahanının nəticələri elan edilib

Bakı. Elçin Mehdiyev - Trend:

Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə 2021-ci il avqustun 4-də keçirilən qəbul imtahanının nəticələrini elan edib.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə buradan tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirakı gözlənilən 1911 abituriyentdən 44 nəfər imtahanda iştirak etməyib. İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada Apelyasiya komissiyası fəaliyyət göstərəcək. Apellyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək. Abituriyentlər Apellyasiya komissiyasına 10-11 avqust 2021-ci il tarixlərində müraciət edə bilərlər.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti