...

Ağsuda güclü yanğın meşə sahəsinə keçdi (FOTO/VİDEO)

Gündəm Materials 17 Avqust 2021 15:02 (UTC +04:00)
Ağsuda güclü yanğın meşə sahəsinə keçdi (FOTO/VİDEO)

Bakı. Samir Əli - Trend:

Ağsu rayonu ərazisində dünən axşam saatlarından başlayan güclü yanğın davam edir.

Trend-in məlumatına görə, rayonun Bico kəndi ərazisində davam edən yanğının miqyası daha da böyüyüb.

Ümumilikdə 1500 hektardan artıq ərazi tam yanıb. Kənd ərazisində 100 ildən artıq yaşı olan qoz, tut və digər ağaclar yanıb. Yanğın artıq kənd ərazisindəki meşə sahəsinə keçib. Hadisə yerinə Ağsu, Kürdəmir, Hacıqabul, Şamaxı və İsmayıllı rayonunun yanğınsöndürmə briqadaları cəlb edilsə də, alovun qarşısını almaq mümkün deyil. Hazırda Bico kəndi ərazisindəki meşə zolağında güclü yanğın davam edir.

Twitter: @GuleliyevSamir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti