...

Bu gün Azərbaycanda vətəndaşlara saxta COVID pasportu verən həkimlər də var - Prezidentin köməkçisi

Gündəm Materials 20 Avqust 2021 11:24 (UTC +04:00)
Bu gün Azərbaycanda vətəndaşlara saxta COVID pasportu verən həkimlər də var - Prezidentin köməkçisi

Bakı. Samir Əli - Trend:

Bu gün Azərbaycanda vətəndaşlara saxta COVID pasportu verən həkimlər də var.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.

O qeyd edib ki, həmin şəxslər müəyyən edilərək cəzalandırılacaq: "İstintaq əsasında məlum olur ki, vaksin olunub, COVID-ə yoluxanlar əslində saxta pasport alıblar. Saxta COVID pasportu alan şəxslər hazırda ağır reanimasiya vəziyyətindədir. Saxta sənəd verən həkimlər hazırda məsuliyyətə cəlb edilir. İnsanlar nəinki öz həyatı ilə oynayır, həm də dövlətin siyasətinə xələl gətirirlər. Bütün müvafiq dövlət orqanları bununla mübarizəni davam edəcəkdir. Bir daha xəbərdarlıq edirik ki, saxta pasport verən müəssisələr məsuliyyətə cəlb ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti