...

Sabahdan bu avtobuslarda gedişhaqqı kartla olacaq

Gündəm Materials 24 Avqust 2021 16:19 (UTC +04:00)
Sabahdan bu avtobuslarda gedişhaqqı kartla olacaq

Bakı. Samir Əli - Trend:

25.08.2021-ci il tarixindən 165 nömrəli marşrut xətti (Mehdiabad qəs (Qarant Yaşayış Kompleksi) - A.M.Şərifzadə küç) üzrə hərəkət edən avtobuslarda gedişhaqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

Binəqədi qəs. (Binəqədi Gənclər Şəhərciyi)
Binəqədi qəs (C.Cabbarlı küç. yaxınlığı)
Binəqədi qəsəbə mərkəzi
Binəqədi qəs. ("Muxtar" marketin yaxınlığı)
Binəqədi qəs. (Novxanı yolu)
Binəqədi şos. (Svetoforun yanı)
Rəsulzadə qəs. (Park)

Twitter: @GuleliyevSamir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti