...

ETSN "Zoobulvar"da saxlanılan alpaka ilə bağlı araşdırmalara başladı (FOTO)

Gündəm Materials 24 Avqust 2021 17:55 (UTC +04:00)
ETSN "Zoobulvar"da saxlanılan alpaka ilə bağlı araşdırmalara başladı (FOTO)

Bakı. Samir Əli - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) paytaxtda fəaliyyət göstərən "Zoobulvar" adlı obyektdə araşdırmalara başlayıb.

Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Məlumatda bildirilir ki, sosial şəbəkələrdə “Zoobulvar” adlı mərkəzdə yaxşı olmayan şəraitdə saxlanıldığı deyilən alpakanın görüntüləri yer alıb. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilir.

"Bu barədə ictimaiyyətə əlavə məlumat təqdim olunacaq" - deyə, nazirlik bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti