...

Nazir uzun müddət təhsildən kənarda qalan şəxslərlə bağlı əmr imzaladı

Gündəm Materials 9 Sentyabr 2021 16:58 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Təhsil naziri Emin Əmrullayev fərdi təhsil üzrə nümunəvi tədris planının təsdiqi barədə əmr imzalayıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, E.Əmrullayev uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi təhsilinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.10-1 və 13.5-ci bəndlərini rəhbər tutaraq əmr imzalayıb.

Əmrdə deyilir:

- Uzun müddət təhsildən kənarda qalmış şəxslərin ümumi təhsil müəssisələrində təşkil olunan fərdi təhsilinin 2021-2022-ci tədris ili üçün nümunəvi tədris planı və “Tədris planına dair qeydlər” təsdiq edilsin (1, 2 və 3 nömrəli əlavələr).

- İnformasiya və vətəndaşlara xidmət şöbəsi (R.Xanlarov) bu əmrin əlavələrlə birlikdə yerlərə və müvafiq struktur bölmələrə çatdırılmasını təmin etsin.

- İctimaiyyətlə əlaqələr sektoru (C.Valehov) bu əmrin əlavələrlə birlikdə Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

- Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunsun.

Qeyd edək ki, tədris planı üzrə ibtidai təhsil səviyyəsində dərslər həftədə 3 (üç), ümumi orta təhsil səviyyəsində 3-4 (üç-dörd) gün təşkil edilir. Dərs məşğələlərinin müddəti 45 dəqiqədir.

Dərs saatı həftədə 0,5 saat olan fənlər dərs cədvəlində qeyd edilməklə həftəaşırı tədris olunur. İbtidai və ümumi orta təhsil səviyyələri üzrə tədris ili iki yarımilə bölünür:

- birinci yarımil: 15 sentyabr – 26 yanvar;

- ikinci yarımil: 1 fevral – 14 iyun.

Tədris ili ərzində aşağıdakı tətillər müəyyən olunur:

- payız tətili: 16-20 noyabr (5 gün);

- qış tətili: 27-31 yanvar (5 gün);

- ibtidai siniflər üçün əlavə tətil: 1-5 may (5 gün).

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti